18/10/2021
17:27
3282
| A A A
Zidan “qızıl top”a namizədini açıqladı

Real Madrid-in sabiq baş məşqçisi Zinəddin Zidan “qızıl top” mükafatına namizədini açıqlayıb.

Goal.az xəbər verir ki, Zidan bu barədə öz açıqlamasında bildirib. O, Real-ın futbolçusu Kərim Benzemanın bu mükafata əsas namizədi olduğunu deyib:

“Benzema hazırda çox yaxşı formadadır. Mən olsam, mükafatı ona verərəm. Benzema buna layiqdir. Onunla işləmişəm, meydanda əlindən gələn hər şeyi edir. “Qızıl top”u Benzema qazanmalıdır. O, buna layiqdir”.