25/12/2021
23:45
8377
| A A A
“Milan-ı tərk etməyimin bir çox səbəbi var idi“

İnter-in yarımmüdafiəçisi Hakan Çalhanoğlu keçmiş klubu olan Milan-dan ayrılmasının səbəblərindən danışıb.

Goal.az futbolçunun verdiyi müsahibəni təqdim edir: “İnter-ə keçidim bir çox söz-söhbətlərə səbəb oldu. Mən bu vəziyyəti düzəltmək üçün xeyli çətinlik çəkdim. Milan 7 mövsüm idi Çempionlar Liqasında iştirak etmirdi. Komandanı tərk etməyimin bir çox səbəbi var idi. Milan bu səbəblərin heç birini düzəltməyə cəhd göstərmədi, buna görə də vəziyyəti öz üzərimə götürməyə məcbur qaldım".

Qeyd edək ki, türkiyəli futbolçu İnter-in heyətində bu mövsüm çıxdığı 17 oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.