"Karyeramı bu cür bitirə bilmərəm" - Fabreqas
Monaco-nun yarımmüdafiəçisi Sesk Fabreqas gələcək karyerası ilə bağlı bəzi açıqlamalar edib.
Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: "Mənə bir neçə klubdan məşqçi vəzifəsinə dəvət gəldi. Lakin, bu sezon mənim üçün çox pis keçdi. Mən 1 mövsüm daha futbolçu kimi oynamaq istəyirəm. Karyeramı bu cür bitirə bilmərəm."