14/05/2022
13:48
1156
| A A A
“Özümü ən yaxşı məşqçi hesab edirəmmi?" - Ançelotti

Real Madrid-in baş məşqçisi Karlo Ançelotti etiraf edib ki, özünü cari mövsümün ən yaxşı məşqçisi hesab etmir.

Goal.az xəbər verir ki, o, indi xoşbəxt anlar yaşadığını deyib:

“Özümü ən yaxşı məşqçi hesab edirəmmi? Bu suala cavab vermək çətindir. Mən özümə səs verməyi sevmirəm, qoy başqaları mənə səs versin.

Mən indi xoşbəxt anlar yaşayıram və ümid edirəm ki, bu, uzun müddət davam edəcək”.

Real UEFA Çempionlar Liqasının finalına çıxıb və mayın 28-də həlledici matçda Liverpool-la qarşılaşacaq. (sportinfo)