"Müqaviləmin müddəti bitənə qədər klubu tərk etməyəcəm" - Poçettino
PSG-nin baş məşqçisi Maurisio Poçettino gələcəyi haqda bəzi açıqlamalar edib.
Goal.az məşqçinin verdiyi açıqlamanı təqdim edir: "Hazırki vəziyyətə əsasən, mən PSG-də qalıram. Gələn mövsüm üçün planlarım var. PSG ilə 2023-cü ilə qədər sözləşməm var. Müqavilə müddətim bitənə qədər klubu tərk etməyəcəm".