27/05/2022
23:22
743
| A A A
Rəşad Sadıqov: "Oyun artıq döyüşə çevrilmişdi"

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun “Qarabağ”la final oyunundan sonra (1:1 pen. 3:4) ənənəvi mətbuat konfransına qatılıb.

Goal.az xəbər verir ki, 39 yaşlı çalışdırıcı finaldakı məğlubiyyətlərini belə dəyərləndirib:

"Oyunda maraqlı hadisələr baş verdi. İlk hissədə rəqibə qol imkanı vermədik və onların səhvini gözlədik. Həmin səhvdən də istifadə elədik. Düşünürəm ki, matçın qırılma anı 1:0 öndə olarkən Şahruddin Məhəmmədəliyevin seyvi oldu. İkinci hissədə rəqib hücuma atıldı. Biz meydanda azlıqda olarkən möhtəşəm qol vurdular. Həmin andan sonra “Qarabağ” daha rahat oynamağa başladı. Oyun artıq döyüşə çevrilmişdi. Futbolçularım sona qədər dözdü, penaltilər seriyasına qədər gətirdilər. “Qarabağ” “Qızıl dubl”a layiq idi. Bu görüş bizim üçün böyük dərs oldu. Qarşılaşmadan əvvəl də uşaqlara deyirdim ki, bəzən potensialınızı bilmirsiniz. Bu oyun bizə dərs oldu ki, böyük komandalara qarşı da oynaya bilərik. Penalti vuran futbolçularımızın zədələnməsi bizim ziyanımıza oldu. Qismət və Təmkin zədələndi. Futbolçularım möhtəşəm mövsüm keçirdi. Titul qazana bilərdik. Ancaq sonluq çox çətin qrafiklə getdi. Bu qrafikdən də maksimum çıxa bildik”.