04/07/2022
13:00
2145
| A A A
"Ronaldo həmişə uğur qazanan komandalarda oynayıb" - Kaskarino

Chelsea-nin keçmiş futbolçusu Toni Kaskarino Manchester United-in hücumçusu Kriştiano Ronaldonun komandadan ayrılmaq istədiyi ilə bağlı yayılan xəbərləri şərh edib. 

Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: "Ronaldo həmişə uğur qazanan komandalarda oynayıb. O, hər zaman vacib qollar vurur. Məğlubiyyətlər artıq problemlər yaradır. Düşünürəm ki, Ronaldonun MU-nu tərk etmə istəyi Çempionlar Liqası ilə bağlıdı. Messinin ÇL-da 125 Ronaldonun isə 141 qolu var. O, Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri olmaq istəyir".