"Növbəti mövsümü səbirsizliklə gözləyirəm" - Züle
Bayern Münich-dən Borussia Dortmund-a transfer olunan Nikolas Züle yeni komandası haqda danışıb.
Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: "Növbəti mövsümü səbirsizliklə gözləyirəm. Borussia-ya keçərkən bu klubun böyük məqsədlərinin olduğunu bilirdim. Komandanın uğur qazanmasında vacib rol oynamaq istəyirəm. Gələcəkdə nələr olacaq bilmirəm, əlimdən gələnin ən yaxşısını edəcəm.