05/08/2022
20:47
1015
| A A A
“Doğru seçim etdiyimə əminəm“ - Sançes

PSG-nin yeni transferi Renato Sançes açıqlama verib.

Goal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Paris klubuna keçidindən danışıb:

"PSG-yə keçməklə düzgün etdim. Doğru seçim etdiyimə əminəm. Son günlər mən və ailəm üçün çox vacib oldu. PSG-ni seçdim, çünki mənim üçün ən yaxşı klubdur. Fransa çempionatını tanıyıram və uyğunlaşmaq çətin olmayacaq".

PSG 24 yaşlı futbolçunu Lille-dən transfer edib.