14/08/2022
13:51
1893
| A A A
"Yeni futbolçulara ehtiyacımız var"

Manchester United-in baş məşqçisi Erik ten Haq Premyer Liqanın II turunun Brentford-la səfər matçından sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, niderlandlı mütəxəssis 0:4 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Çox pis performans sərgilədik. Belə səhvlər etsəz, oyun qazana bilməzsiz. Bu, meydandaki məsuliyyətlə bağlıdır. Bir-birimizdən nələrsə tələb etməliyik.

Yeni futbolçulara ehtiyacımız var. Bu, açıq şəkildə görsənir. Lakin indi bu haqda düşünmək istəmirəm. Futbolçularım daha yaxşı oynamaq məcburiyyətindədirlər”.