"Son zərbələrdə uğurlu olmadıq" - Xavi
Barcelona-nın baş məşqçisi Xavi La Liqanın I turunun Rayo Vallecano ilə matçından sonra fikirlərini bildirib.
Goal.az xəbər verir ki, ispan mütəxəssis 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
“Çətin oyun oldu. Rəqib yaxşı müdafiə olundu. Daha çox hücum etməliydik. Buna baxmayaraq, kifayət qədər qol imkanlarımız oldu. Son zərbələrdə uğurlu olmadıq.
Sona doğru oyunun tempi düşdü. Azarkeşlərimizə düzgün yolda olduğumuzu göstərmək istədik. Onlardan istəyimiz səbirli olmalıdır. Bu gün məyus olduq, lakin bu, başlanğıcdır. Bizi uğura aparacaq bu oyun modelinə uyğunlaşmalıyıq”.