16/08/2022
11:52
5560
| A A A
Viktoria-nın futbolçusu: "Qarabağ-la oyunu səbirsizliklə gözləyirəm"

"Pley-off oyununu səbirsizliklə gözləyirəm. Çünki əvvəllər heç vaxt belə bir görüşün iştirakçısı olmamışam".

Goal.az xəbər verir ki, bunu Viktoria Plzen-nin futbolçusu Lukaş Kalvah Bakıda Qarabağ-a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəklərinə inandığını bildirib: "Azarkeşlərimizlə birlikdə buna nail ola bilərik. Həqiqətən istədiyimiz və uğrunda mübarizə apardığımız böyük uğura iki görüş qaldı".

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Qarabağ - Viktoria görüşü saat 20:45-də başlayacaq. (report)