17/08/2022
15:00
2411
| A A A
Kriştiano Ronaldo: “Mətbuat aldadır”

“Mətbuat aldadır”.

Goal.az xəbər verir ki, bunu Manchester United-in futbolçusu Kriştiano Ronaldo sosial şəbəkədəki hesabında yazıb.

Ronaldo bütün həqiqətləri deyəcəyinə söz verdiyi müsahibəsinin anonsunu açıqlayıb.

“Bir neçə həftə sonra müsahibə verəndə onlar həqiqəti biləcəklər. Mətbuat aldadır. Bütün xəbərləri qeydə alıram. Son bir neçə ay ərzində (barəmdə yazılan - red) 100 xəbərdən yalnız beşi doğru idi", - Ronaldo yazıb.

Yerli mətbuatda yayılan xəbərlərə görə, Ronaldo komandanın Çempionlar Liqasında iştirak etməyəcəyindən narazı olduğu üçün yay transfer pəncərəsində Manchester United-dən ayrılmaq istəyir. Futbolçu komandanın bütün mövsümdənkənar məşqi buraxıb, media guya forvardın komandadan ayrıldığını bildirir - o, digər oyunçulardan ayrıca nahar edir, həmçinin məşqçilik taktikasından narazılığını bildirir. (report)