“Karyeramı başa vurduqdan sonra futbol meneceri olacağam"
Chelsea-nin keçmiş futbolçusu, hazırda Fulham-də çıxış edən Vilyan gələcək karyerası haqda danışıb.
Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: "Mən artıq futbol meneceri olmaq üçün təhsil almağa başlamışam. Futboldan sonra məhz bunu etmək istəyirəm. Proses çox uzundur, ona görə də hər şey olduqca yavaş gedir. Hələ ki, çox şey öyrənə və məşq edə bilmirəm. Çünki hələ də futbol oynayıram. Amma öyrənirəm, karyeramı başa vurduqdan sonra futbol meneceri olacağam".