22/09/2022
17:18
2383
| A A A
“Qarabağ Viktoria-dan daha yaxşı idi” - Çerçesov

Ferentcvaros komandasının baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Qarabağ-la oyunlarda uğursuz olmalarının (1:1, 1:3) səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, Rusiya mətbuatına danışan Çerçesov, ÇL-in pley-offunda Qarabağ-ın Viktoria-dan (Plzen, Çexiya) da güclü olduğunu deyib:

“Bir büdrəmə, bir uğursuz gün, ötürmə, yanlış fitlə hər şey bitə bilər. Qarabağ-la evdəki oyunda da belə alındı. Oyunun əvvəlində bizim qapıdan uzaqlaşmaqda olan rəqib hücumçuya ötürmə ilə demək olar ki, özümüzə qol vurduq. Təkbətək və artıq 5-ci dəqiqədə hesab 0:1 oldu. Azərbaycan komandası ilə səfərdə keyfiyyətli futbol oynayıb, 1:1 hesablı heç-heçəyə nail olmuşduq. Evdə isə belə başladıq və vəziyyəti dəyişməyi bacarmadıq.

Yeri gəlmişkən, Qarabağ Çempionlar Liqasının pley-offunda Viktoria-dan da yaxşı idi. Qarabağ-ın qapıçısı bizimlə oyunda yüksəlişdə idi və hər topu tuturdusa, orada fərqli alındı. Azərbaycan çempionu rəqibdən güclü oynadı, amma Çempionlar Liqasının qrupuna düşə bilmədi. Qarabağ ənənələrə malik və səviyyəli komandadır”.