22/09/2022
20:33
2311
| A A A
"Barça-ya keçmək barədə düşünməmişəm" - Asensio

Real Madrid-in yarımmüdafiəçisi Marko Asensio Barcelona-ya mümkün keçidi barədə danışıb.

Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: "Barcelona-nın məni almaq istəyib-istəməyəcəyini bilmirəm. Bir çox başqa klub mənə təklif göndərmişdi. Barça-ya keçmək barədə düşünməmişəm və bu variantı dəyərləndirməmişəm. Haqqımda çox şayiələr yayılır və bu normaldır. 7 aydan sonra istənilən klubla müqavilə bağlaya bilərəm".