01/12/2022
15:00
1681
| A A A
"Bizim üçün yeni turnir başlayacaq” - Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Tunisə uduzduqları matç (0:1) barədə danışıb.

Goal.az xəbər verir ki, 1/8 finala hələ ötən tur vəsiqəni təmin edən komandanın çalışdııcısı deyib:

“Qrizmannın qolunun sayılmalı olub-olmadığını bilmirəm. Bəlkə də həmin epizodda ofsayd var idi. Hakimin bunu başa düşməsi üçün vaxt lazım oldu. Sevincimiz çox çəkmədi. Amma qola layiq idik. Qəbul etdiyim qərarlara görə bizim üçün çətin oldu. 4 gündən sonra təcrübəmizdən öz xeyrimizə istifadə etməli olacağıq. Bir neçə futbolçunun səhhəti üçün risk var idi. 2 oyunu yüksək intensivliklə keçirdik. Gənc futbolçular meydana çıxdılar. Onlar dünya çempionatı matçının necə olduğunu gördülər və fərqi hiss etdilər. Məqsədimizə çatdıq. Bizim üçün yeni turnir başlayacaq”.

Qeyd edək ki, Tunislə matçda Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb. Görüş Tunisin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Buna baxmayaraq, Fransa D qrupunun lideri olub. Komanda ötən tur 1/8 finala vəsiqəni təmin edib. Eyni qrupda bu gün Danimarkanı üstələyən Avstraliya isə qrup 2-cisi kimi pley-offa vəsiqə qazanıb.