"Kuboku qazanmaq istəyirik" - Neymar
Braziliya millisinin hücumçusu Neymar Dünya Çempionatı haqda bəzi açıqlamalar edib.
Goal.az futbolçunun verdiyi açıqlamanı təqdim edir: "Zədə məni çox qorxutdu. Həmin gecə ağlamışdım. Şükür, olduqca qısa bir zamanda bərpa olundum. Artıq növbəti mərhələyə köklənmək zamanıdır. Kuboku qazanmaq istəyirik".