18/01/2023
13:48
4099
| A A A
"Messidə xüsusi bir şey var" - Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel futbolçusu Lionel Messi haqqında danışıb.

Goal.az mütəxəssisin verdiyi açıqlamanı təqdim edir: “Məşqçilərdən hər hansı biri Messini çalışdırmağın çətin olduğunu deyib. Əksinə, bu, asandır. Texnoloji cəhətdən düzələcək bir şey yoxdur. Sizi inandırıram ki, Messi topa vurmaq və qaytarmaq baxımından bir nömrədir. O, qələbə qoxusu gələndə topa daha yaxşı zərbə vurur.

Mənim üçün Messi tarixin ən yaxşısıdır. Maradona əla idi, amma Messidə xüsusi bir şey var".