24/01/2023
11:36
734
| A A A
"Premyer Liqa dünyanın ən güclü liqasıdır" - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının dünyanın ən nüfuzlu çempionatı olduğunu düşünür.

Goal.az xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. O deyib:

“Burada çoxlu yaxşı komandalar var. Premyer Liqa dünyanın ən güclü liqasıdır. Düşünmürəm ki, kimsə bununla mübahisə etsin. Bacardığımız qədər yaxşı oynamamağımızın başqalarının başına gələnlərlə heç bir əlaqəsi yoxdur. Biz bunu özümüz etdik. Hər şey bizim günahımız deyil. Biz irəli getməliyik, təkmilləşməliyik".

Qed edək ki, Liverpool hazırda Premyer Liqanın turnir cədvəlində 29 xalla 9-cudur.