24/01/2023
12:47
873
| A A A
"Oyunçularımızın psixologiyasının necə dəyişdiyini görmüşük" - Ten Haq

Manchester United-in baş məşqçisi Erik ten Haq Premyer Liqada Arsenal-a uduzduqları matça (2:3) görə futbolçularını tənqid edib.

Goal.az mütəxəssisin verdiyi açıqlamanı təqdim edir: “Bəlkə də müəyyən müddətdən sonra yaxşı vəziyyətdə olduğumuzu anlayacağıq, yaxşı inkişaf etdiyimizi başa düşəcəyik. Bu, yaxşı prosesdir, amma indi məni əsəbləşdirir. Futbolçularıma dedim ki, əgər kuboklar almaq istəyirsinizsə, o zaman komandanın psixologiyasını dəyişməliyik. Çünki yüksək səviyyəli matçda qolla nəticələnəcək qədər ciddi 3 səhv etmək mümkün deyil. Bu xüsusilə son qol üçün keçərlidir. Bu məqamda oyunu yaxşı hiss etmək lazımdır.

Düşünürəm ki, məşqçinin əməyi sayəsində psixologiya dəyişir. Biz bunu edə bilərik. Biz artıq son aylarda oyunçularımızın psixologiyasının necə dəyişdiyini görmüşük, lakin eyni zamanda, bu gün biz hələ də yüksək səviyyədən uzaq olduğumuzu gördük".