"Müqaviləni uzatmaq istəyirəm" - Jiru
Milan-ın hücumçusu Olivye Jiru İtaliya klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Goal.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını hazırkı klubunda davam etdirmək istədiyini deyib:
"Müqaviləni uzatmaq istəyirəm. Bu məsələni müzakirə edirik. Karyeramı Milan-da ən yüksək səviyyədə başa vurmaq qismətim olsa, o zaman bunu edəcəyəm".