27/12/2016
17:27
3433
| A A A
Səbuhi Rəcəb: "Bir zamanlar idmançısı olduğum federasiyanın idarə heyətinin üzvüyəm"
Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəbin Goal.az-a müsahibəsi:
-Səbuhi bəy,ilk öncə sualımıza ondan başlayaq ki,kikboks fəaliyyətinə nə zamandan başlamısınız?
-Kikboks idman növu ilə ilk tanışlığım 1999-ci ildən başlayır. Gənclər yığması ilə bərabər bir çox beynəlxalq turnir və yarışların mükafatçısı olmuşam. Bu gün fəxr edirəm ki, bir zamanlar idmançısı olduğum federasiyanın idarə heyətinin üzvüyəm. Azərbaycan idmançılarının dostu və daima idmançıları dəstəkləyən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə öz təşəkkümü çatdırıram ki, federasiyada təmsil olunmağım üçün məni dəvət etdi. İlk dəfə olaraq federasiyanın tarixində peşəkar xətt yaradıldı. Mən peşəkarlar üzrə vitse-prezident təyin olundum. Bu qərar məni çox sevindirdi. Lakin hər bir işdə olduğu kimi burada da məsuliyyət və öhdəliklər olduğunu nəzərə alaraq ilk öncə Bakıda yerləşən bir sıra kikboksinq idman klublarını, məşqçiləri və idmançıları ziyarət edərək onlarla yaxından əlaqələr yaratmağa, məni daha da yaxşı tanımaları və dost olmaları üçün addımlar atmağa başladım.
- Qarşıdakı planlar haqqında danışardınız.
-AKF-nin keçən illərdəki möhtəşəm performanslarını nəzərə alaraq deyə bilərəm ki, qarşıda daha da yeni layihələrlə kikboks sevərləri sevindirmək istəyirik. Hörmətli Adil Əliyev son zamanlar qərar verdiyi və həyata keçirdiyi bir sıra təyinatlar gələcək uğurların ilk addımların müjdəçisidir. Son günlər federasiyamızda yeni təyinatlar oldu. AKF yeni vitse-prezidentlər və idarə heyəti üzvləri ilə gücünə güc qatdı. AKF olaraq, 2017-ci ildə bir sıra ölkə daxili və ölkə xarici yarışlar təşkil etməyi planlaşdırırıq.
-Ölkənin idmanın inkişafı haqqında nə deyə bilərsiniz?
-Azərbaycanda idmana olan sevgi və diqqət bildiyimiz kimi 1993-cü ildən sonra ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana qayıtması və hakimiyyətə gəlməsi ilə birlikdə daha da güclənmiş, bu diqqət artıq daha da yüksək səviyyəyə çatmışdı. Mərhum ulu öndərimiz bir çox dəyərli fikir və ifadələrindən biri olan bu çümləsi də tarixə keçmiş və hər zaman qəlblərdə yaşayacayıqdır. “Hər kim ki, idmana və idmançıya dəstək olur sanki mənə dəstək olur, hər kim ki idmana və idmançıya mane olur, sanki mənə mane olur”... Ulu öndər tərəfindən vəsiyət olan bir çox vəzifə və borclarımızdan biri də məhz idmana və idmançıya qayğı və dəstək olmaqdır. Bu gün Ulu Öndərin layiqli davamçısı olan Ali Baş Komandan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev eynilə bu siyasəti davam etdirir və bizlərə də bu yolda müəyyən tapşırıq və göstərişlər verir. Tapşırıq və göstərişləri həyata keçirtmək üçün zənnimcə olimpiya idman növlərindən geri qalmayan hər şəhərdə, hər bir kənd, hər qəsəbə və hər mənzildə tanınan sevilən kikboksinq idman növü də bu gün Adil müəllimin rəhbərliyi sayəsində günü-gündən inkişaf edir və yeni-yeni uğurlar qazanır.
Qeyd edək ki,Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəb Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən "Fəxri Diplom"la mükafatlandırılıb.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66281 səs