06/01/2017
10:26
1765
| A A A
Ruslan Abışov: "Bizdə də sual doğuran məqamlar olur"

Bakının "İnter" klubunun yarımmüdafiəçisi Ruslan Abışovun müsahibəsi:

- İndi istirahəti başa vurub məşqlərə başladınız. Çempionatın qalan hissəsindən nə gözləyirsiniz?

- Bir həftədən sonra artıq məşqlər üçün darıxırdım. Yeni İli yaxşı qarşıladım. Düşünürəm ki, bu gündən sonra yaxşı çalışıb mövsümü iddialılar sırasında başa vurmalıyıq. Ən azı, ilk "3-lük"də qərarlaşmalıyıq. Amma imkan daxilində çempionluq uğrunda mübarizə aparacağıq. Geridə qalan hissədə bəzi oyunlarda son dəqiqə qolları ilə xal itirdik. Amma qalan müddətdə belə səhvlər etməməliyik.

- "İnter" FİFA tərəfindən tətbiq olunan transfer qadağasına görə güclənə bilmədi. Bu amil komandanızın gələcək çıxışlarına necə təsir edəcək?

- Düzdür, biz də istərdik ki, komandaya yaxşı oyunçular dəvət olunsun. Amma qərar verilib və bununla barışmaq lazımdır. Bu heyətlə sona qədər mübarizə aparacağıq. Çox yaxşı heyətimiz, futbolçularımız var. Belə kollektivlə ən azı Avropa Liqasına vəsiqə qazanmaq olar.

- Bir müddət əvvəl kluba yeni prezident təyin olundu. Rəhbərliklə görüşmüsünüz, futbolçulara nə vəd olundu?

- Futbolçuların da öz problemləri var. Bizdə də sual doğuran məqamlar olur. Ancaq klub prezidenti görüşdə hər şeyin yaxşı olacağını, mövsümün sonuna qədər heç bir problemin yaşanmayacağını bildirdi. Klub prezidenti hər şeyin yaxşı olacağını deyirsə, futbolçu rahat məşqini edib, oyuna çıxa bilər. Bu, ən böyük şərtdir.

- Ötən ili 3-cü pillədə başa vurdunuz və ikinci pillədəki "Qəbələ"dən 6 xal geri qalırsınız. Qalan 14 turda nəyə ümid etmək olar?

- "Zirə"dən son dəqiqələrdə qol buraxmasaydıq, indi "Qarabağ" və "Qəbələ" ilə demək olar eyni xalımız olardı. Ancaq bu, futboldur. Əsas olan odur ki, belə səhvləri gələcəkdə buraxmayaq. Çalışmaq, irəli baxmaq lazımdır. //Report

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
30143 səs