02/11/2017
17:48
1108
| A A A
Vassora: “Bu nəticə futzal aləmində sensasiya hesab edilir”

Karyerasını ölkə xaricində davam etdirən futzal üzrə Azərbaycan millisinin hücumçusu Vassora AFF-ın rəsmi facebook səhifəsinə müsahibə verib:

Goal.az həmin müsahibəni təqdim edir:

- İndi hansı klubda çıxış edirsən?


- Yayda “Araz”dan ayrıldım və karyeramı başqa klubda davam etdirmək qərarına gəldim. Hazırda Dubaydayam və bu şəhərin təmsilçisi olan “Al Dhafra” klubunun formasını geyinirəm.

- Komandanız güclülər dəstəsində çıxış edir?


- Əlbəttə, güclülər dəstəsində çıxış edirik. Hazırda çempionatda 10 komanda mübarizə aparır. Oyunlar kifayət qədər maraqlı və gərgin keçir. 

- “Al Dhafra”da neçə braziliyalı futzalçı var?
- Komandamızın yeganə braziliyalısı mənəm. 


- Futzalımızla necə, maraqlanırsan?

- Təbii ki, maraqlanıram. Qarşıda Avropa çempionatının final mərhələsi var. Çox vacib yarışdı. Komanda dünya çempionatından sonra bu turnirdə də ən güclülər sırasında yer almalıdır. Milliyə dəvət etsələr, oynamağa hazıram. 
- Sonuncu dəfə millidə oynayanada baş məşqçi Biro Jade idi. İndi isə Alesio da Silva dəvət edilib. Yeni baş məşqçi haqda nə düşünürsən?
- Alesio güclü, ağıllı mütəxəssisdir. Xüüsusilə də taktiki planda hər zaman yenilik etməyi sevir. Onunla müsbət nəticələr qazanmaq mümkündür. Milliyə faydalı olacağına inanıram. 

- Amma “Araz” onun rəhbərliyi altında elit-raunda yüksələ bilmədi.
- Nəticələrdən xəbərim var. İnternet vasitəsilə izləyirdim. “Araz” xüsusi çəkisi olan bir klubdu. Onların mübarizəni erkən dayandırmasını heç kim gözləmirdi. Əksinə, daha güclü çıxış edəcəklərinə, yaxşı nəticə qazanacaqlarınə ümid edirdim. Səbəbini isə deyə bilmərəm. Çünki komandada deyiləm. Əslinə, bu nəticə futzal aləmində sensasiya hesab edilir.

- Millinin yer aldığı qrupla bağlı fikirlərin necədi?
- İspaniyanın qazandıqları ortadadır. Bu komanda dəfələrlə dünya, Avropa çempionu olub. Qatıldığı yarışın statusundan asılı olmayaraq, onlar bir nömrəli favoritdirlər. Düzdü, dünya çempionatında onlara qarşı layiqli mübarizə apardıq. Amma sonra fərq sözünü dedi. Fransanın ilkin mərhələdən bura yüksəlməsi elə-belə iş deyil. Bu yolda hansı komandaları kənarlaşdırıblar, buna baxmaq lazımdı. Xorvatiya kimi Avropa çempionatlarında mütəmadi iştirak edən komandanı mübarizədən kənarlaşdırıblar. Fərdi baxımdan seçilən oyunçuları var, internetdən oyunlarını izləmişəm. Deməli, ehtiyatlanmaq lazımdır. Final mərhələsində ən ağır qrupa düşmüşük desəm, yanılmaram. 

- Bu dəfə finala çıxmaq şansımız varmı?
- Hər şey futzalçıların durumundan asılıdır. Bütün oyunçuları toplanışa dəvət edib, ən güclüləri final mərhələsinə aparmaq vacibdir. Azərbaycan millisi hazırda güclülərdən sayılır. Optimal heyət yığılsa, mükafatçılar sırasına düşə bilərik.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs