07/11/2017
09:53
1774
| A A A
Şəhriyar Məmmədyarov: "Sübut etdik ki, Avropanın ən güclüsü olmağa layiqik"

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin suallarını cavablandırıb.

Goal.az həmin müsahibəni təqdim edir:

- Üçüncü dəfə Avropanın ən güclüsü olmaq necə hissdir?

- Şahmat aləmi yaxşı bilir ki, Avropa çempionu olmaq Olimpiya çempionu olmaqdan daha çətindir. Çünki yüksək səviyyəli komandalar bir-biri ilə tez-tez görüşürlər. Biz turnirdə Rusiya, Ukrayna, Macarıstan və Ermənistan ilə məcburiyyətdən oynadıq. Bununla da sübut etdik ki, Avropanın ən güclüsü olmağa layiqik və ağıllı xalqı bizik. Çox şadam ki, biz üçüncü dəfə Avropa çempionu olduq.

Bu inanılmaz bir şeydir. İnanılmaz uğur deməkdir. Ruslar bu nəticəni 20 il ərzində göstərə bilməyiblər. Heç bir ölkə bu nəticəni göstərə bilməyib. Çox sevinirəm ki, bizdə alındı. İtaliyaya məğlub olanda, İspaniya ilə heç-heçə edəndə hər kəs düşündü ki, komandalar bəllidir. Azərbaycanın şansı yoxdur. 5 ardıcıl qələbədən sonra, biz birinci yer uğrunda mübarizəyə qoşulduq və qalib gəldik.

- Azərbaycan tarixində ilk dəfə FİDE reytinqində ikinci oldunuz. Qarşıda hansı məqsədləriniz var?

- Maqnus Karlsen dünyanın bir nömrəli şahmatçısıdır. 

İnanılmaz dərəcədə güclü və çətin rəqibdir. Ona qalib gəlmək çox çətin olur. Dünyada ikinci olmaq çoxları üçün birinci olmağa bərabərdir. O biri rəqiblərlə hamımız mübarizə aparırıq. Hər bir şahmatçının güclü olduğu vaxt olur. Dünyanın bir nömrəsi Karlseni də məğlub etmək mümkündür. Onun yollarını araşdırırıq. Hələ zaman var. Fikirləşmirəm ki, mənim yaşım çoxdur və mübarizəni dayandırım. Mübarizəyə qoşulacağıq. İkinci yerdən yaxşı bir yer var o da birinci yerdir. Birinci yer uğrunda mübarizə aparacağam.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs