07/11/2017
15:28
1134
| A A A
"Juventus" artıq məni maraqlandırmırdı, onların hərəkəti məni incik salmışdı"

"Roma"nın "Sampdoria"dən heyətə cəlb etdiyi Patrik Şik Çexiyanın "Reporter" jurnalına müsahibə verib. Goal.az xəbər verir ki, gənc forvard "Juventus"a baş tutmayan transferi və gələcəyi barədə danışıb.

- Ötən yay əvvəlcə "Juventus"da tibbi müayinədən keçdin. Turin klubuna transferinə nə mane oldu?

- Ciddi bir şey yox idi. Ürəyimdə aritmiya vardı, keçib getdi. İstirahət üçün kifayət qədər vaxt tapmışdım. Bu problem aradan qalxacaqdı. Amma "Juventus" mənimlə müqavilə imzalamaqdan imtina etdi. İstirahətdən qayıdandan sonra agentim Pavel Paska dedi ki, başqa testlərə görə Turinə getməliyəm. Bunu etmədim. "Juventus" artıq məni maraqlandırmırdı, onların hərəkəti məni incik salmışdı. İyulun ortasında müqaviləmdə göstərilən 25 milyon avroluq buraxılış qiyməti qüvvədən düşürdü. "Sampdoria"nın prezidenti bildirdi ki, transferimdən mümkün qədər yüksək məbləğ qazanmaq istəyir. Məni "Roma" klubuna 40 milyon avro qarşılığında satmaqla istəyinə nail oldu. Müqaviləyə imza atanda özümü dərindən nəfəs aldım. Artıq diqqətimi yalnız futbola yönəltmək imkanı qazanmışdım. Ötən ilə nisəbətən daha sakitəm. Hər kəs məni müəyyən istedada malik gənc futbolçu kimi tanıyır. Aleksandr Kolarov transfer qiymətimə görə narahat olmamağı tövsiyə etdi.

- "Roma"da ilk günlərin necə keçdi?

- Klubun məşq bazasını görəndə çox razı qaldım. Bu cür şərait hər klubda olmur. Heç nəyə narahatçılıq keçirmirəm. Burda əla meydançalar, reablitasiya sistemləri, trenajor zalı və bizi müntəməz nəzarətdə saxlayan qidalanma üzrə ekspertlər var. Onlarla əməkdaş xüsusi olaraq futbolçulara xidmət edir.

- Gələcəyin barədə nə düşünürsən?

- Ümid edirəm ki, bir neçə ildən sonra daha güclü və yüksək məvacib ödəyən kluba keçərəm. Bu, mənim üçün hər zaman motivasiya olub. Hazırki səviyyədən üstə getməyi düşünmürəm. Amma "Real Madrid", "Barcelona", "Manchester United" kimi daha güclü klublar var.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs