08/11/2017
16:12
3005
| A A A
Luis Suarez: "Neymarın gedişi bizim üçün ağır oldu" - MÜSAHİBƏ

"Barcelona" və Uruqvay millisinin hücumçusu Luis Suarez "Sport" nəşrinin suallarını cavablandırıb. Goal.az onun müsahibəsini təqdim edir.

- Milli komandaların oyunları ilə əlaqədar La Liqada 2 həftəlik fasilə yaranacaq. Bu müddətdə nə edəcəksən?

- Gücümü bərpa etmək üçün biraz istirahət edəcəm. Bu iki həftə mənim üçün xüsusi olacaq. Zədələnəndən sonra dizimə ziyan verəcək hər şeydən qaçıram.Milli komanda və "Barcelona" üçün ən yaxşı yol 2 həftəni dincəlməkdir.

- Hələ də ağrı hiss edirsən?

- Xeyr. Sadəcə ehtiyatı gözləyirəm. Çətin sınaq olanda vziyyətin pisləşməsindən narahatlıq keçirirsən. Amma fasilədən sonra hər şey düzələcək.

- Zədəyə konservativ yanaşma cərrahi müdaxildən daha yaxşıdır?

- Buna görə ən çox özümü məzəmmət edirəm. Elə oyunlar var ki, qol vurmasam da, komandama qalib gəlməkdə kömək edirəm. Bəzən əlimdən gələni etsəm də, qol vura bilmirəm. Hər nə etsəm də, top tora daxil olmaq istəmir. Bəzən də pis oynayırsan, amma qol vurursan. Ön xətt oyunçuları elə şeylərə öyrəşib. Əsas vəzifəmin qol vurmaq olduğunu bilirəm.

- Komanda yoldaşların və azarkeşlər sənə dəstək verir?

- Heç vaxt ruhdan düşmürəm. Yaxınlarım, azarkeşlərin dəstəyini hiss edirəm. Fərqlənmək qədər komandaya faydalı olmaq da əsasdır. Amma hazırki formamı yaxşı qiymətləndirsəm, yalan deyərəm. Daha artığını bacara bilərəm.

- Uğur qazanmaq üçün xüsusi ritual fikirləşmisən?

- Hər şeyi yoxlamışam, xeyri olmayıb.

- Belə vaxtlarda həyəcanlanırsan?

- Həyəcanım yoxdur. Bu o zaman olar ki, top səndədir və 5 futbolçunu aldatmaq lazımdır. "Malaga" ilə oyunda Serji Roberto mənə ötürmə verdi. Zərbə vurmazdan öncə öz-özümə güldüm. Qol vurmayacağımı bilirdim. Hər vəziyyətdə soyuqqanlı olmaq lazımdır.

- Məhsuldarlığın azalmasına səbəb baş məşqçi Ernesto Valverdenin oyun sistemidir?

- Bu, ən sonda gəlir. Şübhəsiz, Neymar kimi futbolçunun komandada olması tam başqa effekt verərdi. Amma mənə sol cinaha çəkilmək üçün təlimatı məşqçi vermir. Həmin mövqeni boş gördüyüm üçün ora meyillənirəm. Valverde harda özümü rahat hiss etdiyimi və mövqeyimi dəqiq bilir.

- Hücumçulara qarşı tələbkarlıq digər amplua futbolçularına nisbətən böyükdür?

- Elə düşünmürəm. Qapıçı səhv edirsə, bütün məsuliyyət onun üzərinə düşür. Hücumçunun səhv etmək limiti daha çoxdur. Dünyanın ən yaxşı komandasında oynadığım üçün gözləntilrə böyükdür. Bunu dərk edirəm. Arxayınlaşmaq və işə zəif yanaşma mənə aid deyil.

- Valverdenin gəlişindən sonra "Barcelona"da nə dəyişib?

- Hər mütəxəsisin öz iş metodu olduğundan məşqlərdə fərq nəzərə çarpır. Uyğunlaşmağa çalışıram. Çünki günün sonunda məşqçilər komanda üzvlərindən ən yaxşısını gözləyir. Onlar (Valverde və köməkçisi Xose Antonio Pozanko) birlikdə oynayıblar. "Barcelona"nı və futbolçuları yaxşı tanıyırlar. Məşqçi komanda ilə mqnasibəti, danışıq və həyat tərzi baxımından məni yaxşı mənada təəccübləndirdi.

- Samuel Umititi onun Luis enrikedən daha sakit insan olduğunu demişdi...

- Luis Enrike necə futbolçu olubsa, elə də məşqçi idi. Mən də məşqçi olsam, sakit olmayacam. Hər kəsin özünəməxsus davranışı var. Valverde və Enrike fərqli şəxsiyyətlərdir. Onların mənə çox köməyi dəyib. Valverde təcrübəlidir və futbolçularla necə rəftar etməyi bilir.

- Oktyabrın sonunda Neymarla görüşdünüz...

- Meydanda Neymara görə darıxırıq. Xüsusi insan kimi yoxluğu hiss olunur. Yaxşı günlərimiz keçib. Neymar xoşbəxtlik və sevinc mənbəyidir. O, bizim üçün vacib oyunçu idi. İndi başqa komandanın şərəfini qoruyur, amma ona qarşı kin bəsləmirəm. Neymarı yola gətirməyə çalışırdım ki, qalsın. Çünki "Barcelona"nın onun üçün ən yaxşı yer olduğunu düşünürdüm. Amma qərarı özü verməli oldu.

- Neymar "Barcelona"da keçirdiyi vaxtlara görə darıxır?

- Darıxmaq getməyinə görə peşmançılıq çəkmək mənasına gəlir. Belə deyil. Neymar klub dəyişməkdən peşman olduğunu demək üçün kifayət qədər yetkindir. Bunu başqa insanların deməsinə ehtiyac yoxdur.

- O, getməzdən öncə səndən və Messidən məsləhət istəmişdi?

- Messi ilə komandaya fayda gətirəcək şeyi etməyə çalışmışıq. Lakin heç vaxt: "Getmə, yoxsa xoşbəxt olmayacaqsan" - deməmişik. Sadəcə onun getməsinə qarşı olduğumuzu bildirmişik. Aramızda hökm sürən dostluğa görə onun gedişi ağır oldu.

- Neymarın əvəzləyicisi Usman Dembele zədə səbəbindən oynaya bilmir.

- Usman "Barca"ya Neymarla təxminən eyni yaşda transfer edilib. Yetkinləşib inkişaf edəcək futbolçulrdan biridir. Zədə sarıdan bəxti gətirmədi.

- Gənc oyunçulardan Delofeunu hərdən məzəmmət edirsən.

- O, təcrübə toplamış futbolçudur. Jerar böyük liqalarda çıxış edib. Üzərinə düşən iş təkcə hücumçuların yox, məşqçinin məsləhətlərinə qulaq asmaqdır. Delofeu bunu edir və öyrənir. Məzəmmət etdiyim tək komanda yoldaşım o deyil. Mənə də iradını bildirənlər olur.

- Futbolçular öz aralarında transferlər barədə danışır?

- Yayda bu mövzuda biraz söhbət etmişik. "Barcelona"ya kimin gələcəyi, kimin gedəcəyi bizi maraqlandırır. Amma ilin bu vaxtı transfer məsələsi müzakirə olunmur.

- Kriştianu Ronaldonun bu mövsüm 1 qol vurması sənə qəribə gəlmir?

- Belə şey nadir rast gəlinir. Antuan Qrizmannla birlikdə oxşar dövrdən keçirik. Vəziyyəti düzəltməli olacağıq.

- Ötən ilin dekabrında 2021-ci ilə kimi yeni müqavilə imzaladın. Həmin vaxt 34 yaşın olacaq. Sonra nə etmək fikrin var?

- Futbolda ən üst səviyyədə olmaq istəyirsən. Mənim üçün bu, "Barcelona"da mümkündür. Bu klubda karyeranı başa vurmaq çətindir, amma bilmək olmaz. İstəyim mümkün qədər çox yüksək səviyyədə futbol oynamaqdır.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs