02/12/2017
18:27
521
| A A A
"Sumqayıt"ın baş məşqçisi: "Amil Yunanov stressli idi" - müsahibə

 "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra fikirlərini bölüşüb. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

"Oyunumuz ağır getdi. Bunu hesaba görə demrəm. Futbolçuların bütün 90 dəqiqə boyu hərəkətlərində ağırlıq hiss olunurdu. Məlumdur ki, yol yorğunluğu, meydan amili öz təsironi göstərir. Bundan şikayətlənmirik. Hətta yorğunluğa görə Gəncədə məşqdən imtina etdik. Komanda bu gün ağır görünürdü. Oyunun taleyini həll edən futbolçular bunu bacardılar. Bir az Amil Yunanov narahat edir ki, yenə qol imkanlarını boşa verdi. O, buna görə stress vəziyyətində idi"

- Yunanovun yerinə Ehtiram Şahverdiyevi hücumun mərkəzində oynatdınız. Bu, effekt verəcəkmi?

- Ehtiram ümumiyyətlə, hücumçudur. Komandamıza bu mövqenin oyunçusu kimi gəlmişdi. Sadəcə, bizdə taktiki sxemə görə, yarımmüdafiənin sağ cinahında oynadırıq. Amili ilk qoldan sonra dəyişməyi düşünürdük. Ümid edirik ki, Ehtiram hücumda da bizdə faydalı ola bilər.

- Cari çempoionatın ilk yarısını 4-cü yerdə bitirdiniz. Bunu qənaətbəxş nəticə sayırsınız?

- Əlbəttə. Düzdür, bundan da artıq xallar ola bilərdi. Bəzi oyunlarda qalib də gələ bilərdik. Təki bundan sonra da yaxşı olsun.

- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?

- Maraq dairəmizdə olan futbolçular vardı. Hansı klublarla danışıq apardıqlarını və reallığı bildikdə, ikinci plana keçdik. Onlara alternativ axtarmağa çalışacağıq. Güclənmə hökmən lazımdır. Qışdan sona bu yeri qorumaq həddən artıq çətin olacaq.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs