03/12/2017
13:34
607
| A A A
"Zəif oyunun bütün məsuliyyəti futbolçulardadır"
"Kəpəz"in futbolçusu Tural Rzayevin "Sumqayıt"a evdə 0:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIV tur matçından sonra  müsahibəsi.
 
- Oyun barədə nə deyə bilərsən?
- Danışacaq bir şey yoxdur. Çox zəif oynadıq. Bu mövsüm çox zəif çıxış edirik. Heç kim istəməz ki, belə olsun. Deməyə bir söz tapa bilmirəm. Özüm başda olmaqla, çox bərbad çıxış edirik. Öz oyunumdan razı qala bilmərəm. Sərgilədiyim oyundan utanıram. Öz üzərimizdə çalışıb vəziyyətdən çıxmaq istəyirik. Komandada görüləcək işlər çoxdur. Çatışmayan cəhətlərimiz lap çoxdur. Hər şey göz qabağındadır. Fasilədən yararlanıb, öz üzərimizdə çalışıb vəziyyəti düzəltməliyik. Başqa çıxış yolu yoxdur. Belə oyun göstərmək "Kəpəz"in adına yaraşmır. Bunları edən biz futbolçularıq. Oynaya bilmirik. Çox çalışmalıyıq. 
- Qış fasiləsinə "Kəpəz" son pillədə yollanır. Yəqin ki, komandaya yeni futbolçular lazımdır...
- Mən komandanın bir üzvüyəm. Transfer rəhbərliyin işidir. Hər şeyə baş məşqçi qərar verəcək. Mən heç nə deyə bilmərəm. Zəif oyunun bütün məsuliyyəti futbolçulardadır. Zəif oynayırıq. Danışmağa söz tapa bilmirəm. 
- Stadionun ot örtüyü artıq ideal vəziyyətdədir. "Kəpəz" sanki ot örtüyü normal olmayan meydanda yaxşı çıxış edirdi... 
- Yaxşı çıxışımızı stadionla bağlamazdım. Bizim komandada topla yaxşı rəftar edən futbolçular var. Normal meydanda oynamaq istəyirlər. Bu gün bütün kompanentlərdə rəqibə məğlub olduq. 
- Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı sənin də fikirlərin maraqlı olardı.
- Mən də bütün məlumatları saytlardan oxumuşam. Doğru olub-olmadığını bilmirəm. O barədə nəsə deyə bilmirəm. İnanmıram və inanmaq istəmirəm ki, belə bir hadisə olub. Onları az da olsa, tanıyıram. Yaxın münasibətim olmasa da, pul qoyuluşu etdiklərinə inanmıram. Bu, mənim şəxsi fikrimdir. Bu hadisəni dəqiqləşdirmək lazımdır.
- Həqiqətən alqı-satqı olubsa, ömürlük futboldan kənarlaşdırılma cəzası ağırdır, yoxsa...? 
- Bu haqda fikir bildirmək istəmirəm. Pul qoyuluşunun olduğuna inanmaq istəmirəm.
Sportnet

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs