02/01/2018
18:17
3175
| A A A
"Səbail"in futbolçusu:"Karyeramın məqsədi dünya çempionatında iştirak etməkdir" - MÜSAHİBƏ

"Səbail"in müdafiəçisi Tamazi Tsetsxladze klubun "ON SUAL" rubrikasının qonağı olub. Goal.az müsahibəni təqdim edir:

- Futbolçu karyeranızı necə qurmusunuz?

- Uşaqlıqda Ronaldinyonun heyranı idim və onun kimi oynamaq istəyirdim. Lakin o vaxt heç də yaxşı oynamırdım və mənim həmyaşıdlarım mənimlə futbol oynamaq istəmirdilər. Bu da çox xətrimə dəyirdi. Eyni zamanda da məni motivasiya edirdi ki, daha da qətiyyətlə məşq edim, həmyaşıdlarımı keçmək üçün. Beləliklə futbol ilə məşğul olmağa başladım.

- Karyeranızın əsas matçı və ya ən yaddaqalan epizod?

- Bu anlıq ən yaddaqalan epizod "Səbail”in "Neftçi”yə 0:1 hesabı ilə qalib gəlmişik. Bu matçın komandamız üçün tarixi əhəmiyyəti var idi. Çünki "Səbail" ilk dəfə Premyer Liqada qalib oldu.

- Futbolda kumiriniz?

- Fabio Kannavaro.

- Hobbi və maraqlarınız?

- Boş vaxtımda "Sony Playstation 4” oynamağı xoşlayıram. Hobbiyə gəldikdə isə əhval-ruhiyyəm yaxşı olanda kitab oxuyuram.

- Ən sevdiyiniz film, musiqi, kitab?

- Ən sevdiyim film - "The last of the Mohicans”, musiqi - "Ray Charles - Mother”, kitab - " Karl Menninger - Man against himself”.

- Həyatınızın əsas qaydası?

- "Gələcəkdə istədiyin adam olmaq üçün, indi özünü qurban etməlisən".

- İnsanlarda ən çox nəyə dəyər verirsiniz?

- Ən çox sadəliyə, mədəniyyətə və məqsədyönlülüyə dəyər verirəm.

-  Karyeranızda əsas məqsədiniz?

- Karyeramın əsas məqsədi - dünya çempionatında Gürcüstanın millisi ilə iştirak etmək.

- Gənc futbolçulara məsləhətiniz?

- Zəhmətkeş olmaq və heç vaxt həvəsdən düşməmək. Ola bilsin, indi sizə heç kim fikir vermir, ancaq Allah mütləq zəhmətinizə qiymət verəcək. 

- Azarkeşlərinizə müraciətiniz?

- Azarkeşlərimə onların dəstəylərinə görə minnətdarlığımı bildirirəm. Onlar oyunda böyük motivasiya verirlər. Azarkeşlərimiz - bizim 12-ci oyunçumuzdur. Varlığınıza görə təşəkkür edirik!