07/01/2018
17:14
1433
| A A A
"Kimlərlə yolumuza davam edəcəyimizə rəhbərliklə danışdıqdan sonra aydınlıq gələcək" - MÜSAHİBƏ

Dekabrın 26-da keçirilən 14-cü turun oyunları ilə futzal üzrə Yüksək Liqada mövsüm yarılandı və komandalar fevralın 15-dək fasiləyə yollandılar. Goal.az “Yasamal”ın baş məşqçisi Rüfət Hüseynovun AFF-nın "Facebook" səhifəsində verdiyi müsahibəni təqdim edir.

- Başa çatan 2 dövrə ilə bağlı hansı məqamları qeyd etmək istərdiniz?

- İlk iki dövrə gərgin keçdi. Əvvəlki illərdə olduğu kimi, asan qələbələr görmədik. Demək olar, komandaların səviyyəsi bir-birinə yaxındır. Kimin qalib gələcəyini deməkdə çətinlik çəkirsən. Ola bilsin, favoriti göstərəsən, amma onun rahat şəkildə qələbə qazanacağını proqnozlaşdırmaq mümkün deyil. Turnir cədvəlinə baxdıqda, bunu görməmək mümkün deyil. Sevindirici haldır ki, Yüksək Liqaya dəvət edilən komandalar da intirqanın yaranmasında yaxından iştirak edirlər. Onlardan biri liderlər qrupunda yer alıb, digəri isə ora can atır. Əlbəttə, bu cür gedişat sevindirici məqamdı. Cari mövsümlə bağlı yeniliyin, özəlliyin biri də futzala mətbuat tərəfindən marağın artmasıdı. Oyunların canlı yayımlanması, müxtəlif televiziya kanallarının oyunlardan kadrlar çəkməsi, yayımlaması, hər turdan sonra nəticələri digər saytlarda və qəzetlərdə oxumaq bu sahədə illərdi çalışan bir mütəxəssis kimi bizi sevindirməyə bilməz. Bunun davamlı olmasını arzulayıram.

- Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcəklər?

- Kimlərin gedəcəyini indidən deyə bilməyəcəm. Bilirsiniz ki, mən komandaya 4-5 tur əvvəl dəvət edilmişəm. Buna qədər “Yasamal”ı iranlı məşqçi çalışdırırdı. Komandanın baş məşqçi təyin edildikdən sonra ilk işimiz qış fasiləsinə qədər qalan oyunları yüksək səviyyədə keçirməkdi. Təbii ki, əlimizdə olan “material”a uyğun şəkildə. İndi oturub planları tərtib edəcəyik. Kimlərlə yolumuza davam edəcəyimizə də rəhbərliklə danışdıqdan sonra aydınlıq gələcək. Əlbəttə, güclənməyə ehtiyacımız var. Bildiyiniz kimi, bizim Birinci Liqada da komandamız var və ordan bəzi oyunçuları əsas komandaya dəvət edəcəyik. Kənardan da sıralarımıza qatacağımız futzalçılar olacaq.

- Qış hazırlıq planları necə olacaq (komanda nə vaxt məşqləri bərpa edəcək, məşqləri harda keçirəcək və s.)?

- Yanvarın 10-da məşqləri bərpa edəcəyik. Hazırlığımızı Bakıda keçəcəyik. Hər dəfə olduğu kimi, əvvəlcə fiziki hazırlıqdan başlayacağıq. Sonra taktiki planda məşqlər edəcəyik, mümkün qədər yoxlama oyunlarında da gücümüzü sınayacağıq.

- Arxada qalan 2 dövrənin birinci və ikinci “beşliy”inə kimləri daxil edərdiniz?

- Emin Kürdov (EKOL), Renat Sultanov (“Marafon Futsal”), Eduardo Borges (“Araz”), Rüfət Balakişiyev (“Neftçi”), Telez Thaqo (“Araz”) birinci “5-liy”im olardı. Onların əvəzedici “5-liy”ini isə belə qurardım: Ramin Həsənzadə (“FK. İD. Futsal”), Əjdər Əjdərov (“Neftçi”), Fərid Ələkbərov (EKOL), Seymur Məmmədov (“Marafon Futsal”), Tural Qurbanov (“Neftçi”).

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
75828 səs