09/04/2018
10:29
1108
| A A A
Samir Abasov: "Mənə öz komandam lazımdır"

"Məlum məsələlərə görə burada deyildim. Gəldikdən dərhal sonra futbolçularla iclas keçirdim. Onlara dedim ki, burda olmamağım yaxşıdır. Çünki hərəmizi bir kluba göndərirlər. Oyunun əhəmiyyətini uşaqlara başa salmağa çalışdıq".

Bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Xal itkisinə səbəb nə oldu?

- Mənə öz komandam lazımdır. Yaxşı kollektivə malikik. Bu da öz bəhrəsini verir. Yenə də nə isə çatmırdı. Oyun haradasa qırılır. Biz heç vaxt bu yerlər üçün oynamamışıq. Qalib gəldikcə, hər şey öz yerini tapacaq. İstəmirdik ki, heç-heçə edək. Amma uduza-uduza bu nəticəni qazanmaq da pis nəticə deyil.

- Kapitan sarğısını Cavid İmamverdiyevə verməyiniz nə ilə bağlı idi?

- Kapitanlığı özüm verdim. Oyunun yük və mahiyyətini Cavidə yükləmək istədim. Ötən turdan sonra İmamverdiyevdən narazı qalmışdım. Bu tur isə özünü pis hiss etməsin deyə, kapitanlığı ona verdim. Futbolçular da sağ olsunlar ki, bunu xoş qarşıladılar.

- Oyundan sonra "Neftçi" azarkeşlərinin futbolçularınızı təbrik etməsi nə ilə əlaqədar idi?

- Bütün azarkeşlərə ehtiyacımız var. Onlar da oyuna rəng qatdılar. Uşaqlara tapşırdım ki, azarkeşliyi qazanmaq lazımdır.

- Bugünkü oyundan sonra hara tələsirsiniz?

- Bu gün heç yerə tələsmirəm. Planın varsa, de. Evə tələsirəm, uşaqlar mənim üçün darıxır.

- Vurğun Hüseynovun zədəsi nə yerdədir?

- Hələ tam sağalmayıb. Ötən tur "Qəbələ" Bəhlul Mustafazadəni oynamağa qoymadı. Ona görə də risk edərək, Vurğun Hüseynovu meydana buraxdım. O da zədəsini ağırlaşdırdı.

- Bu gedişlə futbolçuları saxlamağın çətin olacağını düşünmürsünüz?

- Bu, məni yox, Sumqayıt şəhərini narahat etməlidir. İnanıram ki, rəhbərlik də öz addımını atacaq. "Sumqayıt"ın üstünlüyünə əsasən onları saxlaya bilərik.

- Bu gün Tərlan Əhmədovla görüşməməyiniz nə ilə bağlı idi?

- Yadımdan çıxdı. Qonaq və ev komandası söhbəti var. Həmişə görmüşük ki, ev komandası qonağa yaxınlaşar. Amma bu, bəhanə deyil. Üzrlü hesab etsinlər.

- Rəşad Eyubov əvəzedicisini gözləmədən meydandan çıxdı...

- Rəşadın işi var idi. Qısamüddətli idi. Gedib qayıdandan sonra artıq əvəzləmə etmişdik.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
Bayern Munich
%
Roma
%
13828 səs