04/12/2018
12:25
933
| A A A
Pires: "İstərdim Bakıdakı finalda Arsenal oynasın"

“UEFA tərəfindən çox gözəl bir seçimdir. Stadion təzədir, azarkeşlər üçün hər cür şərait var. İstərdim ki, finalda məhz sabiq komandam London “Arsenal”ı oynasın. İlk təəssüratım əladır. Arenanı çox bəyəndim”

Goal.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan futbol üzrə fransalı dünya və Avropa çempionu Rober Pires deyib. 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıya gələn veteran futbolçu yerli jurnalistlərin suallarını da cavablandırıb:

- “Qarabağ”ın “Arsenal” ilə səfər oyununu izləyəcəksiniz?

- Bilirəm ki, Azərbaycanda futbolu çox sevirlər. Bunu “Çelsi” və “Arsenal”la oyunlarda gördük. İnanıram ki, "Qarabağ" "Arsenal"la oyundan çox şey öyrənəcək.

- Finalda "Arsenal"ın kiminlə qarşılaşmasını istərdiniz?

- “Arsenal” üçün çox pozitivəm. Çünki klubun səfiriyəm. Hazırda bu komandada vəziyyət yaxşıdır. Kimə qarşı? Ola bilsin, "Çelsi"yə.

- Bəs "Vilyarreal"ın?

- Hazırda deyə bilmərəm. Amma yarımfinaladək gələcəyinə inanıram. Komandanın çox yaxşı baş məşqçisi var.

- Azərbaycanda futbolun inkişafı üçün nə məsləhət görərdiniz?

- Xoşbəxt insanam, bir neçə ölkədə olacağam. Özünüzə inanın, arzulayın, daha çox işləyin. Bu gün belə istəkli uşaqlar gördüm.

- "Qarabağ" son oyunda nəyə ümid edə bilər?

- Hər şey "Arsenal"dan asılıdır. "Qarabağ" üçün çətin olacaq. "Arsenal" üçün hazırda təqvim çox sıxdır. Ona görə də ola bilər ki, gənclər meydana çıxsın. (Report)