06/12/2018
11:00
1346
| A A A
Neftçi-nin legioneri əvvəl fəhlə olub
Neftçi-nin hücumçusu Dario Frederikonun futbolu valideynlərinin tələbi ilə seçdiyi məlum olub.
Goal.az xəbər verir ki, braziliyalı forvarda 18 yaşında ikən ultimatum gəlib. Valideynləri ona "Ya futbolu seçməlisən, ya da ənənəvi işləri" deyib. Supermarketdə bir neçə ay işlədikdən sonra Dario Corinthians-ın oyunçusu olaraq, valideynlərinin arzusunu gerçəkləşdirib.
Qeyd edək ki, Dario Frederiko tikintidə də işləyib. O, Corinthians-dan əvvəl Union San-Juan klubunda baxışda olub. "Sambaçı"nın ilk peşəkar klubu isə Flamengo olub. Frederiko legioner karyerasını ilk dəfə 2015 - 2017-ci illərdə Kəpəz-də yaşayıb. Neftçi-yə isə o, 2018-ci ilin yayında Cənubi Koreya Seongnam-ından keçib.  ("Report")