29/01/2019
20:05
2566
| A A A
“Karyeramda bir xəyalım gerçəkləşdi..." - Morata

İcarə əsasında Chelsea-dən Atletico-ya keçən Alvaro Morata, yeni komandasıyla bağlı açıqlama verib.

Goal.az İspaniya klubunun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu xəyalının gerçəkləşdiyini deyib:

“Karyeramda bir xəyalım gerçəkləşdi. Balaca olduğum zaman bütün Atletico əfsanələrini və La Liqada oynayan digər futbolçuları görürdüm. Burda olmaq mənim üçün çox vacibdir, çünki hər zaman Atletico-da oynamaq istəmişəm. Bu, mənim üçün xüsusi gündür.

“Atletico-nu tanıyıram, klubun mənasını, dəyərini bilirəm. Komanda yoldaşlarımın da əksəriyyətini tanıyıram. Eyni zamanda, burda uğur qazanmaq üçün nə etmək lazım olduğunu da bilirəm. Karyeramda çox əhəmiyyətli bir addım atdığımı düşünürəm. Bu klub üçün oynamağa və mübarizə aparmağa hazıram”

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7387 səs