31/01/2019
10:31
1694
| A A A
Sarri yeni transfer gözləyir

Chelsea-nin baş məşqçisi Maurisio Sarri klubun saytına açıqlama verib.

Goal.az xəbər verir ki, italyan mütəxəssis, yeni futbolçu transfer edəcəklərini deyib:

“Bizə iki futbolçu lazım idi, birini aldıq, indi ikincini gözləyirik. Sesk Fabreqasın Monaco-ya gedişindən sonra bu mövqeyə yeni oyunçu gətirmək istəyirik.

Transfer olmasa, bu, böyük problem deyil. Əlimdə olan futbolçularla işləməliyəm. Düşünürəm ki, transfer pəncərəsi bağlanana qədər yeni futbolçu gətirəcəyik”.

Qeyd edək ki, Chelsea qış transfer pəncərəsi dövründə Juventus-dan Qonsalo İquaini transfer edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9890 səs