31/01/2019
10:50
2589
| A A A
"Şoka düşdüm" - Sesk

Qış transfer pəncərəsi dövründə Monaco-ya transfer olunan Sesk Fabreqas, baş məşqçi Tyerri Anrinin komandadan ayrılmasına münasibət bildirib.

Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, ispan futbolçu “knyazlıq klubu”na transferində Anrinin böyük rol oynadığını deyib:

“Tyerri Anri bura gəlməyimə əsas səbəb idi. Transfer olunmamışdan əvvəl mənə zəng etdi və razı saldı. O, bu komandanın lideri olmağımı istəyirdi”.

31 yaşlı yarımmüdafiəçi, Anrinin istefasından şoka düşdüyünü deyib:

“Anri sadəcə, iki oyunda baş məşqçiliyimi etdi. Təxmin etdiyiniz kimi, o gedəndə şoka düşdüm. Artıq futbolda heç nəyə təəccüblənmərəm”.

Qeyd edək ki, Monaco ilə 3,5 illik müqavilə imzalayan Fabreqas, Fransa klubunun heyətində 5 oyuna çıxıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs