02/02/2019
17:32
943
| A A A
"Qələbə qazanmaq məcburiyyətindəyik" – Kovaç

Almaniya Bundesliqasının növbəti turunda Bayer Leverkusen-lə qarşılaşacaq Bayern Münich-in baş məşqçisi Niko Kovaç, oyundan əvvəl açıqlama verib.
Goal.az 

Almaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, qarşılaşmanın asan olmayacağını deyib:

“Qələbə qazanmaq məcburiyyətindəyik, amma bu, çox çətin olacaq. Bayer Leverkusen həqiqətən çox yaxşı komandadır. Onlar indi daha yaxşı müdafiə olunur, hücum edir və kompakt oyun göstərirlər. Bu oyun bizim üçün asan olmayacaq. Diqqətli olmalı və səhvlərdən qaçmalıyıq”.

Xorvat mütəxəssis, çempionluq yarışındakı əsas rəqibləri olan Borussia Dortmund-un Eintracht-la oyunu haqqında da danışıb:

“Borussia-nın Eintracht-la oyunu? Biz yalnız öz oyunumuza köklənmişik. Amma mənim Frankfurtda olan köhnə tanışlarım nə edəcəklərini bilirlər”.

Xatırladaq ki, Bayer Leverkusen – Bayern Münich oyunu bu gün, saat 18:30-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7379 səs