05/02/2019
12:53
2593
| A A A
"Bizim üçün rəqibin fərqi yoxdur" - Vinisius

Real Madrid-in futbolçusu Vinisius Junior, İspaniya kubokunun yarımfinalında Barcelona ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Goal.az xəbər verir ki, İspaniya mətbuatına danışan braziliyalı hücumçu, Kataloniya təmsilçisindən qorxmadığını deyib:

“Dünyanın ən yaxşı klubunda – Real-da oynayıram. Bizim üçün rəqibin fərqi yoxdur. Heç bir komandadan qorxmuram.

Hazırda yaxşı oyun sərgiləyirik. 2019-cu il bizim üçün yaxşı keçir. Bu vəziyyətin dəyişməməsi üçün çalışacağıq”.

Xatırladaq ki, İspaniya kubokunun yarımfinal mərhələsi çərçivəsində Real Barcelona ilə qarşılaşacaq. Madrid təmsilçisi fevralın 6-da səfərdə, 27-də isə öz meydanında Barcelona ilə üz-zə gələcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9552 səs