07/02/2019
16:35
2136
| A A A
Xorvatiyalı məşqçi: "AFFA ilə puldan yox, ancaq futboldan danışdıq"

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan xorvatiyalı Nikola Yurçeviç “Report”a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- AFFA-dan təklif almağınız necə baş verdi?

- Assosiasiyadan əlaqə saxladılar və belə bir təklif irəli sürdülər. Görüşüb, müzakirə etdik.

- Harada və kimlərlə görüşdünüz?

- Danışıq üçün Bakıya gəldim. AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun bir neçə nümayəndəsi ilə görüşdük.

- Həmin vaxt nələri müzakirə etdiniz?

- Milli komanda ilə mənim hədəf və planlarımızdan danışdıq. Daha yaxşı olmaq və müsbət nəticlər əldə etmək üçün hansı işlərin görülməsindən söhbət açdıq.

- Maliyyə şərtləri hər iki tərəfi qane edir?

- AFFA ilə puldan yox, ancaq futboldan danışdıq.

- Yekun qərar nə zaman veriləcək?

- Qərarın bir neçə gündən sonra qəbul olunacağını düşünürəm. 

- Təklif aldıqdan sonra Xorvatiya yığmasında bir yerdə oynadığınız Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə əlaqə saxladınız?

- Əlbəttə, həm Prosineçi, həm də köməkçisi Qordan Tsipriçlə danışdım. Onlar Azərbaycan, Bakı və milli haqda müsbət fikirlər söylədilər.

- İndiyə qədər Azərbaycan millisinin hansı oyunlarına baxmısınız?

- Çoxlu sayda matç izləmişəm. Məsələn, Azərbaycanın Xorvatiya, Almaniya, İtaliya, Norveç, San Marino, Çexiya və digər yığmalarla görüşlərinə baxmışam. Həmçinin Qarabağ-ın Atletico ilə Çempionlar Liqasındakı və Neftçi ilə Premyer Liqanın ötən turundakı oyununu görmüşəm.

- Azərbaycanlı futbolçulardan kimləri qeyd edə bilərsiniz?

- Konkret ad çəkməyəcəyəm, amma çoxlu sayda yaxşı və maraqlı oyunçu var.

- Azərbaycan barədə ilkin təəssüratlarınız necədir?

- Çox müsbət. Bakı gözəl şəhərdir və baş məşqçi təyin olunacağım təqdirdə, orada məmnuniyyətlə yaşaya bilərəm.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28393 səs