08/02/2019
11:14
1714
| A A A
Şvaynştayqer Bayern Münich-ə qayıdacağı haqda danışdı

Karyerasını MLS təmsilçisi Chicago Fire-da davam etdirən Bastian Şvaynştayger, İspaniya mətbuatına açıqlama verib.

Goal.az xəbər verir ki, alman yarımmüdafiəçi, karyerasında birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb:

“Karyeramda bir yerdə oynadığım ən yaxşı futbolçular Manuel Noyer və Frank Riberidir.

MLS-də özümü yaxşı hiss edirəm. 10-15 il ərzində bu liqa da Avropadakı səviyyəyə çatacaq.

Bir gün Bayern-ə qayıda bilərəm. Ancaq hələ, futbolçu kimi meydanda olmaq istəyirəm.

“Barcelona, Bayern, Real və Juventus bu il Çempionlar Liqasını qazanmağa əsas namizədlərdir”.

Qeyd edək ki, karyerası ərzində Bayern Münich və Manchester United kimi klublarda forma geyinən Şvaynştayger, 2017-ci ildən MLS təmsilçisi Chicago Fire-da top qovur.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9553 səs