09/02/2019
14:32
1606
| A A A
"AFFA ilə çox yaxşı danışığımız olub"

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviçin izləyəcəyi Premyer Liqa matçları bəlli olub.

Goal.az xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssisin özü məlumat verib. O, deyib ki, bu gün saat 18:30-da start götürəcək Sumqayıt – Qarabağ və bazar günü saat 14:00-da başlayacaq Neftçi – Keşlə oyunlarına canlı baxacaq.

Yurçeviç “Bakıya gəlməyiniz AFFA ilə müqavilə bağlayacağınız anlamına gəlir” sualına belə cavab verib: “Sadəcə onu deyə bilərəm ki, AFFA ilə çox yaxşı danışığımız olub”

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9552 səs