10/02/2019
10:10
1205
| A A A
“Futbolçular ona VAR sistemi göstərdilər” – Qurban Qurbanov

“Futbolçularımı təkcə qələbəyə yox, xarakterə görə də təbrik edirəm. Çətin səfər oyunu idi. Burada futbol adına həm meydan, həm də azarkeşlər baxımından hər şey xoş idi”.

Goal.az xəbər verir ki, bunu Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov səfərdə Sumqayıt-a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

- Sumqayıt-ın ikinci hissədəki oyunu sizi təəccübləndirmədi?

- İki hücumçu gözləyirdik. Amma bir hücumçu ilə oynadılar.

- Fasilədən sonra komandanızın arxayınlaşdığını düşünmürsünüz?

- Deməzdim ki, arxayınlaşdım. Sadəcə, ikinci qoldan sonra bu, ola bilsin, hiss olundu. İkinci hissədə rəqibin heyətində 2 dəyişiklikdən sonra onlar fəallaşdılar. Komandam qələbə qazanmaq üçün çox əziyyət çəkdi.

- Şahruddin Məhəmmədəliyevin oynamaması ötən matçdakı səhvə görə idi?

- Qətiyyən, Neftçi ilə oyuna görə deyildi. Sadəcə, dünən məşqdə diz nahiyəsindən zədə almışdı.

- Mahir Mədətovun zədəsi ağırdı?

- Düşünmürəm. Bu gün də fərdi məşq edirdi. Bir neçə günə komandaya qoşula biləcək.

- İlk qolda mübahisəli durum yarandı. Həmin epizodu necə qarşıladınız?

- Mübahisəli bir şey yox idi. Özüm də qolun olduğunu gördüm və soyuqqanlı qarşıladım. Baş hakim də görmüşdü. Ola bilsin, yan xətt hakimi başqa fikirdə idi. Futbolçular bu zaman ona VAR sistemi göstərdilər (gülür).

- Növbəti tur Qəbələ-yə qarşı oynayacaqsınız...

- Çətin rəqibə qarşı oynayacağıq. Mövsümün ikinci yarısına daha ciddi hazırlaşdıqları görünür. Futbolçulara iki gün istirahət verdikdən sonra oyuna ciddi hazırlaşacağıq. Hər bir rəqib bir-birini yaxşı tanıyır. Asan oyun keçməyəcək.

- Reynaldonun durumu sizi qane edir?

- Hələ yox. Son 3 məşqdə iştirak edib. Hər şey yaxşılığa doğru gedir. Tədricən daha yaxşı performansda olacağını düşünürəm.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7380 səs