10/02/2019
11:28
2251
| A A A
"Kor deyilik, problemləri görürük" – Klopp

Liverpool-un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasında çempionluq yarışı haqda danışıb.

Goal.az xəbər verir ki, Klopp, son günə qədər mübarizə aparacaqlarını deyib:

“Çətin yarış olacağını bilirdim və hazırda belədir. Çempion olmaq istəyirsənsə, son günə qədər mübarizə aparmalısan. Bu yarışın içərisində olmaq qürurvericidir. Yarış indi daha çox qızışır, kəmərlərinizi bağlayın.

Son matçlarda oyun keyfiyyətimizin aşağı düşdüyünü bilirəm. Bunu dəyişdirməliyik. Kor deyilik, problemləri görürük. Ancaq insanların qabartdığı qədər də, problemimiz yoxdur”.

Qeyd edək ki, Liverpool 65 xalla turnir cədvəlində ilk pilləni tutur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7383 səs