10/02/2019
13:48
2271
| A A A
“Manchester CIty hazırda Avropanın ən yaxşı komandasıdır" – Sarri

Chelsea-nin baş məşqçisi Maurisio Sarri, Premyer Liqanın 26-cı turunda Manchester City ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Sarri, Manchester City-nin Avropanın ən yaxşı komandası olduğunu deyib:

“Bu mövsüm ilk 4-lükdə ola biləcəyimizə inanıram. Premyer Liqada çempionluq yarışı Liverpool və Manchester City arasında olacaq. Manchester City hazırda Avropanın ən yaxşı komandasıdır. Bütün klublar onları nümunə götürməlidir.

İlk dövrədə Manchester City-ni məğlub etdik. Düzgün vaxtda vurduğumuz qol bizə qələbəni gətirdi. Qələbəyə layiq idik, ancaq etiraf edirəm ki, bir az da bəxt yanımızda idi.

“Manchester City-ə qarşı oynamaq asan deyil, son 15 oyunda 43 qol vurublar. Yaxşı müdafiə olunmalıyıq. Etdikləri təzyiqlərdən çıxmaq çətindir. Bunu bacarsaq, yaxşı nəticə əldə edə bilərik”.

Qeyd edək ki, Manchester City – Chelsea matçı bu gün, saat 20:00-da start götürəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9562 səs