10/02/2019
14:15
2803
| A A A
"Bu, ÇL-i qazanmaq üçün kifayət etmir" – Mbappe

PSG-nin futbolçusu Kilian Mbappe Fransa mətbuatına açıqlama verib.

Goal.az xəbər verir ki, Mbappe, Çempionlar Liqasını qazanmaları üçün zamana ehtiyaclarının olduğunu deyib:

“Çempionlar Liqasını qazanmaq asan deyil. Mübarizəmizi davam etdirməli və təslim olmamalıyıq. Əlbəttə, bunun da zamanı gələcək.

Həqiqətən, güclü komanda formalaşdırırıq. Ancaq bu, ÇL-i qazanmaq üçün kifayət etmir.

Çempionlar Liqasını meydanda qazanırlar. Yaxşı komandayıq, amma meydanda işimizi daha yaxşı etməliyik”.

Xatırladaq ki, PSG Çempionlar Liqasının 1/8 finalında Manchester United-lə qarşılaşacaq. İlk oyun fevralın 12-də İngiltərədə keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9888 səs