10/02/2019
15:10
4496
| A A A
Ferqyusondan Maldini etirafı

Manchester United-in sabiq baş məşqçisi Aleks Ferqyuson maraqlı etiraf edib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Ferqyuson, “qırmızı şeytanlar”ı çalışdırdığı vaxt, Milan=da oynayan Paulo Maldinini transfer etmək istədiyini deyib:

“Milan-dan Maldinini transfer etmək istəmişdim, ancaq olmamışdı. Atasıyla danışdıqdan sonra Maldininin keçidinin mümkün olmadığını başa düşdüm.

Maldininin atası təklifimi rədd etdi və mənə dedi ki, “ulu babam Milan-lıdır, atam Milan-lıdır, mən Milan-lıyam və oğlum da həmişə Milan-lı oyunçu olacaq”. Bu, mənim üçün yaxşı dərs olmuşdu”.

Qeyd edək ki, Maldininin atası 1954-1966, özü isə 1984-2006-cı illər aralığında Milan-da forma geyinib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9552 səs