10/02/2019
16:31
3631
| A A A
"Azərbaycanla Ermənistanın oynamaması..." - Xatskeviç

Dinamo Kiyev-in baş məşqçisi Aleksandr Xatskeviç maraqlı açıqlama ilə diqqət çəkib.

Goal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis onu narahat edən məsələlərdən söz açıb. Xatskeviç ən çox bir neçə ölkənin klub və yığma komandalarının üz-üzə gəlməməsini idman üçün mənfi hal kimi dəyərləndirib: "Çox sayda ölkələr müharibə şəraitində yaşayırlar. Şəxsən buna çox narahatam. Hər kəs bir-birinə qarşı çıxır, dinlərin mübarizəsi gedir. Bu, futbola da təsirsiz ötüşmür. Bir ölkənin komandası digər ölkənin təmsilçisi ilə nə avrokubokda, nə də milli səviyyəsində oynaya bilər. Məsələn, Azərbaycanın Ermənistanla, Ukraynanın Rusiya ilə oynamaması idman üçün heç də müsbət hal deyil".

Qeyd edək ki, Aleksandr Xatskeviç 2017-ci ildən Dinamo Kiyev-i çalışdırır.

(matc.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10391 səs