16/04/2019
10:55
1448
| A A A
Alleqri qələbəyə inanır

"İlk görüşün nəticəsi heç bir şey demək deyil.  Qarşıda fərqli matç var. Atletico-ya qarşı oynadığımız ruhda oynamalıyıq. Ajax-ın hücumuna hörmətlə yanaşmalı, ötürmələrdə dəqiq olmalıyıq".

Goal.az-ın məlumatına görə, bu sözləri Juventus-un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 finalında Ajax-la cavab oyunu öncəsi deyib.

O, komandanın qol silahı Kriştiano Ronaldonun ilk qarşılaşma müqayisədə daha yaxşı vəziyyətdə olduğunu bildirib: "Ronaldo üstün keyfiyyətlərə malik futbolçudur. Bəzi məqamlarda o, dayandırıla bilməz. Bu, Ronaldonun üzündən də oxunur. İlk matça müqayisədə artıq yaxşı vəziyyətdədir".

M.Alleqri enerjisi yüksək bir oyun olacağını söyləyib: "İlk görüşdə etdiyimizdən daha yaxşı oynamalıyıq. Ajax bu mövsüm səfər matçlarında uduzmayıb. Ümid edirəm ki, biz bunu dəyişəcəyik. Rəqibə hörmət etməliyik. Çünki güclü komandadır. Hücum zamanı səhv etməməliyik. Aqressiq oynamalıyıq".

Qeyd edək ki, Juventus - Ajax matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs